Son bir ayda Azərbaycanda 4 nəfər lotereyada ümumilikdə 173 min manatlıq “Cek Pot” udub. "Azərlotereya" ASC-dən fins.az-a verilən məlumata görə, iyunun 8-də Space" telekanalının canlı efirində "Azərlotereya"nın təşkil etdiyi "5/36" lotereyasının 1346-cı tirajında 119,1 min manata yüksəlmiş "Cek Pot" 3 müştəri tərəfindən udulub. Bilet sahibləri hərəyə 39,7 min manat qazanıb. İyulun 3-də isə "Azərlotereya"nın "6/40" lotereyasının 963-cü tirajında 54,2 min manata yüksəlmiş "Cek Pot" qazanılıb.