01 Noyabr

"ASAN Xidmət" sədrinin müavini işdən çıxarıldı

Rəşad Abbasov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN Xidmət") sədrinin birinci müavini vəzifəsindən azad edilib. Fins.az-ın apa-ya istinadən məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev iyunun 9-da bu barədə sərəncam imzalayıb. Qeyd edək ki, R. Abbasov 7 sentyabr 2012-ci ildə "ASAN Xidmət" sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi.