Bu ilin 1-ci yarısında Azərbaycanda ümumi daxili məhsulun (ÜDM0 artımı 5,7% təşkil edib. Fins.az-ın “İnterfaks-Azərbaycan”a istinadən verdiyi məlumata görə, bu barədə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 1-ci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında bildirib.
Dövlət başçısı qeyd edib ki, 6 ayda qeyri-neft sektorunun artımı 9,2% olub. O cümlədən sənayenin artımı 4%, qeyri-neft sənayesinin artımı isə 14% təşkil edib. 1-ci yarımildə aqrar-sənaye kompleksi üzrə 7,3% artım əldə olunub. Əhalinin pul gəlirləri isə 6,2% artıb.
Prezident vurğulayıb ki, yanvar-iyun aylarında iqtidiyyata investisiyaların həcmi 12,7 milyard manat olub. Hökumət 2015-ci ildə ÜDM-in artımını 4,4% həddində proqnozlaşdırıb. 2014-cü ildə iqtisadi artım 2,8% təşkil etmişdi.