Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) sağlamlıq imkanları məhdud olan 25 uşağı valideynlərindən birinin müşaiyəti ilə Türkiyəyə ixtisaslaşmış bərpa müalicəsinə göndərib. Bu barədə fins.az-a Nazirlikdən bildirilib. Uşaqlar qonşu ölkəyə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıb. ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev bildirib ki, Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzi əlilliyi olan şəxslərin tibbi reabilitasiyası, bir sıra çətin sağalan xəstəliklərin müalicəsi sahəsində ixtisaslaşmış müəssisədir.