Dünyadakı insanların 71%-i gündəlik 10 dollardan aşağı gəlirlə yaşayır. Fins.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Dünya Bankının və gəlirlərin öyrənilməsi üzrə Lüksemburq mərkəzinin birgə hesabatında bildirilir. Araşdırmaya əsasən, dünyada gündə özünə 2 dollardan artıq xərcləyə bilməyən insanlar ağır vəziyyətdə yaşayan yoxsul insanlar hesab olunur. Aşağı gəlirli insanlar sutkada 2-10, orta gəlirli insanlar isə 10-20 dollar məbləğində vəsatlə yaşayırlar. Öz ehtiyacları üçün gündə 20-50 dollar xərcləyə bilənlər orta səviyyədən bir qədər yuxarı yaşayışa sahibdirlər. Gündəlik xərcləmə səviyyəsi sutkada 50 dollardan çox olanlar isə yüksək gəlirli insanlara aid edilir.