Bu ilin may ayında istehsalatda bədbəxt hadisələrin sayı ötən ilin may ayı ilə müqayisədə 2,2 dəfə azalaraq 11-ə enib. Həmçinin bu hadisələr zamanı xəsarət alanların sayı 3,4 dəfə azalıb. Bu barədə fins.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) istinadən xəbər verir. Baş vermiş hadisələrlə bağlı olaraq, DƏMX müvafiq qaydada təhqiqat işləri aparıb, qanunauyğun tədbirlər görüb. Ümumilikdə bu ilin yanvar-may aylarında istehsalatda bədbəxt hadisələrin sayı 44%, həmin hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 47,2%, xəsarət alanların sayı isə 2,1 dəfə azalıb. 2014-cü ilin ilk 5 ayında qrup halında istehsalatda bədbəxt hadisələrin sayı 15 olduğu halda, bu ilin yanvar-may aylarında belə hadisə olmayıb.