01 Noyabr

2 saxta dollar 1 həqiqi dollara bərabər imiş

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Azərbaycanda saxta dolları həqiqə dollara satan 2 nəfəri saxlayıb. Fins.az-ın məlumatına görə, söhbət Kamerunda anadan olmuş Belçika vətəndaşları Maput Martial və Hongla Samueldən gedir. Onlar 10 min saxta ABŞdollarını 5 min ABŞ dollarına satarkən yaxalanıblar.
Əcnəbilərin Xırdalan şəhərindəki kirayədə yaşadıqları evdən əlavə 10 min saxta ABŞ dolları, 1 ədəd rəngli printer və müxtəlif kimyəvi maddələr aşkar edilərək götürülüb.
Araşdırmalar zamanı məlum olub ki, onlar Azərbaycanda keçiriləcək Yay Avropa Oyunları ərəfəsində ölkəyə çoxsaylı turistlərin gələcəyini və xarici valyutanın daha çox istifadə olunacağını nəzərə alaraq saxta ABŞ dolları hazırlamaq və dövriyyəyə buraxmaqla külli miqdarda gəlir əldə etmək istəyiblər. Faktla bağlı cinayət işi başlanıb.