01 Noyabr

Yanmış binanın sakinlərinin işıq borcu silindi

“Azərişıq” ASC mayın 19-da yanğın baş vermiş Bakının Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binası sakinlərinin elektrik enerjisinə olan borcunu silib. Fins.az-ın quruma istinadən yaydığı məlumata görə, onların borcu ASC-nin hesabına ödənilib. “Azərişıq” bəyan edib ki, sakinlər qarşıdakı aylarda da məskunlaşacaqları istənilən yerlərdə elektrik haqlarından azad ediləcək və həyatları normal axara düşənə qədər “Azərişıq” ASC bu abunəçilərin bütün elektrik sərfiyyat xərclərini öz üzərinə götürür.