Prezident İlham Əliyev son günlər Azərbaycanda bir qrup iş adamının həbs edilməsi ilə bağlı açıqlama verib. Fins.az-ın apa-ya istinadən yaydığı məlumata görə, dövlət başçısı bu barədə Bakıda baş vermiş yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında çıxışı zamanı danışıb: "Son vaxtlar böyük pozuntularla bağlı bir neçə iş adamı məsuliyyətə cəlb edilib. Çünki öz məsuliyyətlərini dərk etməyiblər. Əfsuslar olsun ki, onlara himayədarlıq edən dövlət məmurları da var, onları məsuliyyətdən yayındırmaq üçün min cür əməllərdən çıxırlar. Burada oturanlar mənim mövqeyimi bilir. Bir adam, xüsusi ilə dövlət məmuru, böyük vəzifə sahibi məsuliyyətdən qaça bilməyəcək. Məsuliyyətli olmaq lazımdır. Cinayət törətmisənsə, get, cəzasını çək”.