01 Noyabr

Bu rayonlarda yanğına həssas üzlüklərin sökülməsinə başlanılıb - FOTOLAR

Artıq Bakıxanov qəsəbəsinin mərkəzində, Xətai və Binəqədi rayonlarında icra hakimiyyətlərinin əməkdaşlarının iştirakı iləyanğına həssas örtüklərin söküntüsü işi aparılır.

Bakıda hündürmərtəbəli binalardan yanğına həssas olan üzlüklərin sökülməsi prosesinə başlanılıb.

Fins.az-ın apa-ya istinadən məlumatına görə, artıq Bakıxanov qəsəbəsinin mərkəzində, Xətai və Binəqədi rayonlarında icra hakimiyyətlərinin əməkdaşlarının iştirakı ilə yanğınahəssas örtüklərin söküntüsü işi aparılır.

Xətai İcra Hakimiyyəti başçısının müavini Rafiq Əliyev artıq söküntü işlərinə başlanıldığını bildirib: "Prezidentin tapşırığı və Bakı Şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovun bu gün verdiyi sərəncam əsasındayanğına həssas üzlüklərin sökülməsinə başlanılıb".

İcra başçısının müavini qeyd edib ki, Zığ şossesi boyunca 14 bina və "Qara şəhər"də bir bina olmaqla ümumilikdə Xətai rayonu ərazisində 15 binanın üzlüyü dəyişdiriləcək: "Bu binalarda yanğına həssas üzlüklər daş üzlüklərlə əvəzlənəcək".