Azərbaycanda daha 3 iş adamı həbs edilib. Fins.az-ın “Qafqazinfo”ya istinadən yaydığı məlumata görə,bu dəfə saxlanılan şəxslər də “Azərbaycan Beynəlxalq Bankı”ndan (ABB) külli məbləğdə kredit götürüb. Söhbət həmin banka 200 milyon dollar borcu olan “Riyad-Farm” əczaçılıq şirkətinin sahibi Həsən Şərifovdan, şirkətin icraçı direktoru Aqil Quliyevdən, eləcə də ABB-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin prezidenti olduğu“Simurq” futbol klubunun prezidenti Anar Bəkirovdan gedir. Hər 3 şəxsin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığı bildirilir.
Xatırladaq ki, ötən həftədən etibarən ABB-yə kredit borcu olan bir neçə məşhur iş adamı həbs olunub. Onların arasında neft oliqarxı Nizami Piriyev, “Globus Plaza”nın sahibi, sabiq deputat Dünyamin Xəlilov, “Azimport” şirkətinin sahibi, Dövlət Bayraq Meydanı İdarəsinin keşmiş rəisi Rəşad Məmmədov, “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov, ABB-nin Dubay filialının rəhbəri Adil Hüseynov və başqaları var.