01 Noyabr

Rəşad Məmmədov həbs olundu

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Fins.az-ın apa-ya istinadən yaydığı məlumata görə, bu barədə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov məlumat verib.

Onun sözlərinə görə, R. Məmmədov hazırda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılır. Sabiq rəsi dövlət tərəfindən vəkillə təmin olunub və hazırda istintaq aparılır. R. Məmmədov Prezident İlham Əliyevin mayın 4-də imzaladığı sərəncamla vəzifəsindən azad olunub.