01 Noyabr

Sahibsiz heyvanları yemləməyin yeni yolu - VİDEO

“Pudegon” şirkəti ətraf mühitin qayğısına qalmağın və eyni zamanda sahibsiz heyvanları yemləməyin yolunu tapıb. Fins.az-ın rus mətbuatına istinadən məlumatına görə, təşkilat Türkiyənin İstanbul şəhərinin küçələrində xüsusi kabinələr quraşdırıb. Yoldan keçən insanlar əllərindəki plastik su qablarını kabinələrdə nəzərdə tutulmuş xüsusi dəliyə atdıqda, qurğunun digər tərəfində quraşdırılmış kasaya yem tökülür. Əgər əlinizdəki plastik qabın içində su qalıbsa, bu suyu da kabinədəki digər dəliyə tökə, bununla da heyvanların su ehtiyacını qarşılaya bilərsiniz. Plastik qabların təkrar emalından gələn gəlirlər kabinlərin yem ilə təchiz edilməsinə sərf olunur.