01 Noyabr

Hacı İbrahim Nehrəmli həbs olunub?

Mətbuatda “Xəzər adaları” layihəsinin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim İbrahimovun (Nehrəmlinin) həbs olunması barədə xəbər yayılıb. Fins.az-ın məlumatına görə, sahibkarın Daxili İşlər Nazirliyi yanında Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı deyilir. Bununla belə, onun həbsini həm rəsmi qurumlar, həm də Hacı İbrahimin yaxın ətrafı təsdiq etmir. İş adamının adı son günlər "Azərbaycan Beynəlxalq Bankı"ndan götürdüyü kreditlərə görə hallanır. Bir qədər əvvəl Hacı İbrahim “Xəzər adaları” layihəsi üçün 57 milyon dollar kredit götürdüyünü bəyan etsə də, qeyri-rəsmi söhbətlərdə bu rəqəmin 1 milyard dollara yaxın olduğu deyilir.