Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 75 nəfər əlilliyi olan şəxsi Lənkəran rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzinə göndərib. Nazirlikdən fins.az-a verilən məlumata görə, bununla da ötən ayın əvvəlindən bəri artıq 300 nəfər əlil Lənkəran və Şəki rayonlarındakı istirahət mərkəzlərinə göndərilib.
ƏƏSMN-nin müvafiq əmri ilə təsdiqlənmiş “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, bu ilin yaz-yay mövsümündə ümumilikdə 1000-dən çox əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərində istirahəti nəzərdə tutulur.