01 Noyabr

Daha 30 əlil Türkiyəyə müalicəyə göndərildi - FOTOSESSİYA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) daha 30 əlili Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzinə göndərib. Nazirlikdən fins.az-a verilən məlumata görə, əlillər qonşu ölkəyə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıb.

ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev bildirib ki, bu il ümumilikdə 190 belə şəxsin Türkiyəyə bərpa müalicəsinə göndərilməsi planlaşdırılır. Bu da ötən illə müqayisədə 20% çoxdur:

“Bunlardan 115 nəfəri əlilliyi olan şəxslər, 75 nəfəri isə sağlamlıq imkanları məhdud uşaqlar olacaq. Hazırda göndərilən 30 nəfər də daxil olmaqla, artıq 87 nəfərin qardaş ölkəyə bərpa-müalicəsinə göndərilməsi təmin olunub. Əlilliyi olan şəxslərdən sonra, gələn ay valideynlərindən birinin müşaiyəti ilə 75 nəfər sağlamlıq imkanları məhdud uşağın da Türkiyəyə göndərilməsinə başlanacaq” – deyə Saday Abdullayev qeyd edib.