Deyəsən, böyük balıqların, kiçik balıqları yemək vaxtı gəlib çatıb. Verilən məlumata görə, Bakı sakinləri arasında geniş tanınana “Bizim Market”lər şəbəkəsi bağlanır.
“Bizim Market”lər şəbəkəsinin ortaqlarından biri 3 mağazasını bağlayır. Beləki 2 qardaş arasında yaranan mübahisə nəticəsində, qardaşlardan biri şirkətdə olan payını götürərək ayrıca fəaliyyət göstərməyə başlayıb. Bir ilə yaxındır fəaliyyət göstərdikdən sonra, devalivasiya və bazar dalğalanmasına tab gətirmədiyini deyən sahibkar, mağazalarını bağlamaq qərarına gəlib. Məlumatı tədarükçi firmalar yayıb. Belə ki, tədarükçilərə zəng edərək bildiriblərki, mağazada olan mallarını gəlib götürsünlər. Səbəbi soruşulduqda mağazanın bağlanacağı bildirilib.
“Bizim Market”lərdə vitrinlərin boşaldığı və yerdə qalan məhsulların endirimlə satıldığı müşahidə olunub. İşçilər bildiriblər ki, artıq işçilərin çoxu işdən çıxardılıb və onlara da marketin bağlanılacağı bildirilib.
Bağlanılması gözlənilən ünvanlar:
1. Yasamal ray, Məhəmməd Xiyabani küçəsi.
2. Yeni Yasamal, Kənar dairəvi yolu.
3. Nəsimi ray. Rəşid Behbutov küç. (Aqua park)
Mənbə: Supermarketinq.com