01 Noyabr

“ASAN ödəniş” terminalları ictimai yerlərdə

Bakıda bir sıra ictimai yerlərdə “ASAN ödəniş” terminalları quraşdırılıb. Bu barədə fins.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Məlumata görə, artıq “Park bulvar", “Metro Park", “28 Mall" kimi iri ticarət mərkəzlərində, eləcə də “Baku Crystal Hall”da “ASAN ödəniş” terminalları vətəndaşların istifadəsindədir. Bu terminallar vasitəsilə hələlik yalnız Yol Hərəkəti Qaydalarının (YHQ) pozulmasına görə cərimələri ödəmək mümkündür. Qurğular vətəndaşlara ödənişin qəbulu və qalıq pulun qaytarılması zamanı kağız və qəpik pullardan istifadəyə imkan verir. Bu günə qədər yalnız terminallar vasitəsi ilə 2000-ə yaxın ödəniş həyata keçirilib.