01 Noyabr

Prezident pensiyaları artırdı

Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Fins.az-ın məlumatına görə, sərəncam bütün növ əmək pensiyalarının ötən il qeydə alınmış qiymət artımına uyğun artırılmasına nəzərdə tutur. Sənəddə bununla bağlı Dövlət Sosial Müdafiə Fonduna tapşırıq verilib. Bundan başqa, Fond fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərini indeksləşdirilməlidir. Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etməlidir.