Sükan arxasında telefonla danışmaq maşını sərxoş vəziyyətdə idarə etmək qədər təhlükəlidir. Bunu xarici ölkələrdə aparılan araşdırmalar göstərib. Araşdırmalar onu da göstərib ki, başı mobil telefona qarışan sürücünün əyləci cəmi 1 saniyə gec baxması tormoz yolunu 10-15 metr uzadır. Bu problem Azərbaycan üçün də aktualdır. Belə ki, 2014-cü ildə Bakı şəhərində baş verən avtoqəzalarının 10%-i telefonla danışmaq nəticəsində baş verib. Sürücülərin sükan arxasında telefonla danışarkən törətdikləri qəzaların sayı günbəgün artır. (Space TV)