“Media Consulting Services” şirkəti 2015-ci ilin yanvar ayında mətbuatda ən çox xatırlanan ali məktəblərin adını açıqlayıb. Fins.az-ın şirkətə istinadən məlumatına görə, yanvarda institut, universitet və akademiyalarla bağlı 4452 məlumat açıqlanıb.
Ötən ayda haqqında ən çox danışılan ali təhsil ocağı Bakı Dövlət Universiteti olub. Bu universitetin adı mətbuatda 858 dəfə çəkilib. Populyarlığa görə sonrakı yeri Bakı Ali Neft Məktəbi tutub- 468 məlumat.
3-cü yeri 332 məlumatla Azərbaycan Dövlət Aqrar Universiteti, 4-cü yeri 312 məlumatla Bakı Slavyas Universiteti tutub. 5-ci yeri isə Dövlət İdarəçilik Akademiyası tutub- onun haqqında mətbuatda cəmi 284 dəfə yazılıb.