01 Noyabr

Azərbaycanda 3 milyon nəfər pensiya üçün pul yığır

Azərbaycanda əmək qabiliyyəti olan hər 3 nəfərdən 2-si Dövlət Sosial Müdafiə Fondunda (DSMF) qeydiyyatdadır. DSMF-dən fins.az-a verilən məlumata görə, 1 fevral 2015-ci il tarixinə fondda fərdi şəxsi hesaba malik vətəndaşların sayı 2 milyon 993 min 735 olub. Təkcə yanvar ayında 17417 nəfərə hesab açılıb. Sığortaolunanların 59%-dən çox hissəsi (1 768,4 min nəfər) kişi, 41,%-i (1 225,3 min nəfər) isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Bu yaşda olanlar ümumi sığortaolunanların 24.6%-ni (735 918 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 22%-ni (658 637 nəfər) 30 yaşa kimi olan şəxslər, 21%-ni (631 124 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,2%-ni (632 222 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,2 faizini (335 834 nəfər) 60yaşdan yuxarı olan şəxslər təşkil edir.