01 Noyabr

Bakıda "5 otaq" sərgisi keçiriləcək

Fevralın 19-da Muzey Mərkəzinin İncəsənət qalereyasında “5 otaq” adlı sərgi açılacaq. Bu, yeni yaradılan, lakin məhsuldar işləyən “Libra” incəsənət qrupunun bir növ hesabat vernisajıdır.

Fins.az-ın Muzey Mərkəzinin rəsmi saytına istinadən məlumatına görə, fevralın 21-dək davam edəcək sərgidə 5 rəssamın - Malik İsmayılzadə, Namiq İsmayılzadə, Arzu Rzayev, Nazim Şah və Anar Qəmbərlinin əsərləri nümayiş olunacaq.