Azərbaycan iqtisadiyyatı ilə bağlı baş verən proseslər, o cümlədən dünya bazarında neftin ucuzlaşması, manatın məzənnəsinin zəifləməsi pensiya-sığorta sisteminə heç bir təsir göstərmir. Fins.az-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib. Onun sözlərinə görə, bazar iqtisadiyyatı qanunlarına uyğun olaraq pensiya-sığorta sisteminə qarşı mənfi təsirlərin qarşısı alınır: “Bildiyiniz kimi biz həm pensiyaların sığorta hissəsini, həm də fərdi hesablarda yığılmış vəsaitləri inflyasiyaya uyğun indeksləşdiririk. Bu baxımdan heç bir problem yoxdur”.