01 Noyabr

Pensiyanı istənilən bankomatdan almaq olacaq

Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaların ödənilməsi prosesinə bütün bankları cəlb edəcək. Fins.az-ın məlumatına görə, bu barədə DSMF-nin sədri Elman Mehdiyev bildirib. Onun sözlərinə görə, Azərbaycanda pensiyaçıların əksəriyyəti hesablarına pul köçürülən kimi onu bankomatdan çıxarmağa çalışır, bu da son nəticədə bankomatların qarşısında növbə yaradır: “Məqsədimiz odur ki, pensiyaçılar istənilən bankın bankomatından pullarını götürə bilsinlər. Bu istiqamətdə iş aparılır. Fərqli bankdan nağdlaşdırma üçün tutulacaq xidmət haqqını isə Fond pensiyaçıların yerinə ödəyəcək”.