Azərbaycanın Qəbələ rayonunda zəlzələ baş verib. Fins.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ fevralın 20-də, yerli vaxtla 00:25-də Qəbələdən 21 km şimali-şərqdə, Qəbələ rayonu ərazisində zəlzələ qeydə alınıb.
Yeraltı təkanın maqnitudası 3.7, dərinliyi 10 km olub.