01 Noyabr

205 min manatlıq “Cek Pot” uduldu

Azərbaycanda, lotoreya oyununda böyük məbləğdə “Cek Pot” udulub. Bu barədə fins.az “Azərlotoreya” ASC-yə istinadən xəbər verir. Məlumata görə Fevralın 19-u, SPACE TV-nin canlı efirində "5/36" lotereyasının 1253-cü tirajı keçirilib. Həmin tirajda 205370 manata yüksəlmiş "Cek Pot"-u "500833 " nömrəli biletin sahibi udub.
Xatırladaq ki, ötən ilin iyun ayında Azərbaycan vətəndaşlarından biri "6/40" lotereyasının bundan da böyük, 409 min manatlıq “Cek Pot”a sahib olmuşdu.

Azərbaycanda lotereyada yarım milyon dollar uduldu