İqtisadiyyat və Sənaye Nazirliyi istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması ilə əlaqədar məlumat yayıb.Məlumatda qeyd edilir:“Məlum olduğu kimi, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə valyuta məzənnələrində dəyişikliklər edilmişdir.Manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirləri daha da gücləndirilmiş və nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir”.