01 Noyabr

Satışda məhdudiyyətlər başladı

Manatın ucuzlaşması ilə əlaqədar olaraq əhali mağazalara axışır.

Fins.az-ın “Marja”-ya istinadən məlumatına görə, bu gün də market və supermarketlərdə uzun növbələr yaranıb. Hazırda Azərbaycanın iri supermarketlər şəbəkəsi olan “Bazarstore”da da böyük sıxlıq müşahidə olunur. Yeni partiya malların bahalaşacağını gözləyən əhali mallar bahalaşmamışdan öncə tədarük görməyə başlayıb.

“Bazarstore”da diqqət çəkən hadisə bir maldan bir ədəddən çox alınmasına qoyulan məhdudiyyətdir. Əldən düşmüş kassa operatorları, bir çeşid maldan 2 və daha artıq götürmüş müştərilərin mallarını kasadan geri qaytarırlar.