01 Noyabr

Nazirlik manatla bağlı təcili tədqiqata başlayıb

Azərbaycanda manatın məzənnəsinin ucuzlaşmasının əhaliyə təsiri ilə bağlı adekvat tədbirlər görüləcək. Fins.az-ın məlumatəna görə, bu barədə Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyindən məğumat verilib. Məlumatda bildirilir ki, fevralın 23-də nazirlikdə “Məlumat mübadiləsi saatı”nın tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin təkmilləşdirilməsi, məşğulluq siyasəti sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi istiqamətlərində aparılan işlərə dair növbəti iclası keçirilib.

İclasda digər məsələlərlə yanaşı, əhalinin sosial müdafiəsi sisteminin mövcud çağırışlara, xüsusilə də valyuta kurslarının dəyişilməsi səbəbindən inflyasiya gözləntilərinin yarana biləcəyi şəraitdə adekvat cavab verə bilməsi üçün gərəkən tədbirlər də müzakirə olunub. Nazirliyin Aparatının Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsinə bununla bağlı təcili tədqiqatlar aparıb nəticələrini məruzə etmək barədə tapşırıqlar verilib.