01 Noyabr

Minimum istehlak səbətinin dəyəri artırıla bilər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi milli valyutanın devalvasiyasından sonra minimum istehlak səbətinin artırılmasına təşəbbüs göstərməyə hazırdır.

Fins.az xəbər verir ki, bu barədə bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. Onun sözlərinə görə, nazirlik artıq istehlak bazarının qiymət monitorinqinə başlayıb.

“Biz pensiyaçılar üçün minimal istehlak səbətinin dəyərinə real qiymətlər əsasında yenidən baxmalıyıq ki, milli valyutanın məzənnəsinin dəyişməsindən onlara dəyəcək zərər minimuma ensin”, - S.Müslümov deyib.

Onun sözlərinə görə, analoji monitorinqlər və əmək bazarında atılacaq.