Ötən ay Azərbaycanda istehsalatla əlaqəli 8 bədbəxt hadisə baş verib. Bu barədə fins.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) istinadən xəbər verir. Məlumata görə, bu, 2014-cü ilin fevral ayı ilə müqayisədə 2,6 dəfə azdır.
Ötən ilin eyni dövründə istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində 5 nəfər dünyasını dəyişsə də, bu ilin fevral ayında ölüm halı qeydə alınmayıb, xəsarət alanların sayı 2,3 dəfə azalaraq 8-ə düşüb.
Həmçinin ötən ilin fevral ayında istehsalatla əlaqəli qrup halında 4 bədbəxt hadisə baş verdiyi halda, son bir ayda belə hadisə qeydə alınmayıb.