Sabah Bakının 3 rayonunun su təchizatında məhdudiyyətlər yaranacaq. Fins.az-ın “Azərsu” ASC-yə istinadən yaydığı məlumata görə, buna səbəd Bakı şəhəri, Cəlil Məmmədquluzadə və Bakıxanov küçələrinin kəsişməsindən keçən 700 mm diametrli magistral su xəttində yenidənqurma işlərinin aparılmasıdır. Bu işlərlə əlaqədar martın 11-də saat 09:00-dan etibarən gün ərzində Səbail, Nəsimi və Yasamal rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Qaz da kəsilə bilər
Bundan başqa, sabah saat 10:00-dan 16:00-dək Dövlət Neft Şirkətinin (ARDNŞ) “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Semzavod'' və ''Novxanı'' magistral qaz kəmərləri üzərində yerləşən bəzi ölçü qovşaqlarında təmir işləri aparılacaq. Aparılan işlər Bakı şəhərinin Binəqədi rayonunun və Abşeron rayonunun Novxanı qəsəbəsinin qaz təchizatına təsir göstərə bilər.