Kənd Təsərrüfatı Nazirliyi Novruz bayramı münasibəti ilə Bakıda yarmarkalar keçirməyə hazırlaşır. Fins.az-ın Nazirliyə istinadən yaydığı məlumata görə, yarmarkalar martın 14-dən 19-na qədər aşağıdakı ünvanlarda keçiriləcək:
- Xətai rayonu (2 ünvanda)
-Ukrayna dairəsinin yanı;
-Bakı kinoteatrının yanı;
- Nəsimi rayonu
-S.Vurğun küçəsi 73, Təzə Bazarın ərazisi;
- Yasamal rayonu
-Akim Abbasov küçəsi, İran klinikasının yanı;
- Nərimanov rayonu
-Gənclik metrosunun yanı;
- Səbail rayonu
-Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, məktəbin arxası;
- Suraxanı rayonu (2 ünvanda)
-Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev 2, “Vətən Şəhidləri Unudulmur” abidələr kompleksinin və hərbi hissənin yanı
- Əmircan qəsəbəsi, S. Bəhlulzadə küçəsi 12;
- Binəqədi rayonu
-Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlıgı.
Bayram günlərində Bakı şəhərinin digər yerlərində də yarmarkaların keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat veriləcək .
Kənd Təsərrüfatı Nazirliyinin qaynar xətti: 1652