Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin daha bir “ASAN xidmət” mərkəzi istifadəyə verilib. Fins.az-ın “AzərTAc”a istinadən yaydığı məlumata görə, Bərdədə yerləşən növbəti mərkəzin açılış mərasimi Prezidrnt İlham Əliyevin iştirakı ilə baş tutub. Bununla da regional “ASAN xidmət” mərkəzlərinin sayı 4-ə, ümumi mərkəzlərini sayı isə 8-ə çatıb.
Xatırladaq ki, indiyə qədər Azərbaycanda 7 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərirdi. Onlardan 4-ü paytaxt Bakıda, digər 3-ü isə regional mərkəz olmaqla Sumqayıt, Gəncə və Sabirabadda idi.
Yeni ASAN xidmət” mərkəzinin fəaliyyətindən Bərdə də daxil olmaqla Ağdam, Ağcabədi, Laçın, Yevlax və Tərtər rayonlarının 800 minə yaxın sakini yararlanacaq. Ümumilikdə fəaliyyətə başlayaqndan bu günə qədər “ASAN xidmət”lərə 4,12 milyondan çox müraciət daxil olub.