Dünyada muzdlu işçi saxlamaq üçün ən yüksək xərc Böyük Britaniyanın paytaxtı Londonda çəkilir. Fins.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, bu qənaətə “Savills” şirkəti keçirdiyi araşdırma nəticəsində gəlib. Londonda 1 muzdlu işçinin saxlanması xərci 118 085 dollardır. Maraqlıdır ki, bu göstərici dollarla ifadədə 2014-ci ildən bəri 7,3% azalıb.
Siyahıda 2-ci yerdə Honkonq, 3-cü yerdə isə Nyu-York şəhəri qərarlaşıb.
Muzdlu işçilər üçün dünyanın ən bahalı şəhərlərinin reytinqi aşağıdakı kimidir:
1. London
2. Honkonq
3. Nyu-York
4. Paris
5. San-Fransisko
6. Sinqapur
7. Tokio
8. Dubay
9. Sidney
10. Moskva
11. Los-Anceles
12. Mayami
13. Çikaqo
14. Şanxay
15. Mumbai
16. Rio-de-janeyro