01 Noyabr

Keyfiyyətsiz mallar satan mağazalar hansılardır? - SİYAHI

İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (ASİHMDX) növbəti monitorinqlər keçirib. Nazirlikdən fins.az-a verilən məlumata görə, monitorinqlər zamanı Bakının

Xəzər rayonunda
- Mərdəkan qəsəbəsi, S.Yesenin və 28 May küçələrinin kəsişməsində Namiq Rzayevə məxsus mağazada

Binəqədi rayonunda
- Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsi, 3A ünvanında Sübhan Alzamanova məxsus mağazada;

Sabunçu rayonunda
- Sabunçu qəsəbəsi, İ.Aslanov küçəsi, 5 ünvanında Dilavər Quliyevaya məxsus mağazada;
- Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsi, 2 ünvanında Sahil Quliyevə məxsus mağazada;
- Maştağa qəsəbəsi, Nizami küçəsi, 10 ünvanında Fəxrəddin Rəşidova məxsus mağazada;

Suraxanı rayonunda
- Günəşli qəsəbəsi, "Q" yaşayış sahəsi, 21 ünvanında Mehriban Hacıyevaya məxsus mağazada;
- Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində Əminəxanım Balayevaya məxsus mağazada;

Şəki şəhərində
- M.Müşfiq küçəsində İftixar Süleymanova məxsus mağazada

Sumqayıt şəhərində
- 17-ci mikrorayonda Dilarə Quliyevaya məxsus mağazada;

Sabirabad şəhərində
- Muğan prospektində Zakir Fərzəliyevə məxsus mağazada;

Yevlax rayonunda
- Xaldan kəndində Məlahət Mehdiyevaya məxsus mağazada;

Neftçala rayonunda
- Aşağı Surra kəndində İlkin Qarayevə məxsus mağazada;

Quba şəhərində
- Xoyski küçəsində Çingiz Orucəliyevə məxsus mağazada;

Xaçmaz rayonunda
- Çinartala kəndində Anar İsrafilova məxsus mağazada;

Masallı rayonunda
- Ərkivan qəsəbəsində Cəsarət Əliyevə məxsus mağazada;

Lənkəran rayonunda
- Vilvan kəndində Bəxtiyar Əzimova məxsus mağazada;

Qəbələ rayonunda
- Həmzəli kəndində Oqtay Məmmədova məxsus mağazada;

Ağdam rayonunda
- Baharlı qəsəbəsində Əhliman Mehdiyevə məxsus mağazada keyfiyyətsiz malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə ödəməli olacaq. İstehlakçılar istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla ASİHMDX-ya və İSN-nin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermə bilərlər.