01 Noyabr

Naxçıvanda günəş elektrik stansiyası tikilir

Naxçıvan Muxtar Respublikasında günəş elektrik stansiyasının inşasına başlanılıb. Fins.az-ın məlumatına görə, 20 meqavat gücündə olacaq stansiya Babək rayonunun Xal-xal kəndi ərazisində quraşdırılır. Bununla bağlı yerli Dövlət Energetika Agentliyi ilə Belçika Krallığının “Soltech” şirkəti arasında müqavilə bağlanıb.
Günəş panelləri 35 hektar ərazini əhatə edəcək. Ərazinin relyefinə uyğun olaraq, stansiya 5 hissədən ibarət olacaqdır. Hissələr arasında yeraltı kabel və yüksəkgərginlikli hava verilişi xətləri çəkiləcək. Stansiyada hər birinin gücü 255 vatt olan 78 min 683 ədəd Günəş paneli, o cümlədən sabit cərəyanı dəyişən cərəyana çevirən 21 invertor və 11 transformator quraşdırılacaq. İstehsal olunan elektrik enerjisi yaxınlıqdakı 110 kilovoltluq “Xal-xal” transformator yarım¬stansiyası vasitəsilə muxtar respublikanın elektrik enerjisi şəbəkəsinə ötürüləcək. Günəş elektrik stansiyası muxtar respublikanın enerji istehsalında alternativ enerji mənbələrinin ümumi payını xeyli artıracaq, ucuz elektrik enerjisi istehsalına imkan verəcəkdir.