Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) iki rayonda əmək yarmarkası keçirəcək. Nazirlikdən fins.az-a verilən məlumata görə, yarmarkalardan biri sabah Yardımlı rayonunda, digəri isə mayın 1-də isə Goranboy rayonunda təşkil olunacaq. Yardımlıda 250-ə yaxın, Goranboyda isə 240-a qədər boş iş yeri işsiz və ya işaxtaran vətəndaşlara təklif ediləcək. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə kvota üzrə iş yerlərinin də təqdim edilməsi, habelə ayrı-ayrı işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə onların peşə hazırlığına cəlb olunması üçün qeydiyyata alınması nəzərdə tutulur.
ƏƏSMN ötən il bölgələrdə 60 əmək yarmarkası keçirilib. Bu yarmarkalarda 5753 vətəndaşa boş iş yerlərinə göndəriş verilib ki, onlardan 4838 nəfəri (və ya 85%-i) göndərişlər əsasında münasib iş yerləri ilə təmin edilib.