Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Lotereyalar haqqında” Qanuna və öz Əsasnaməsinə uyğun olaraq Göyçay rayonunda lotereyaların təşkili ilə bağlı nəzarət tədbirlər həyata keçirib. Komitədən fins.az-a verilən məlumata görə, yoxlama zamanı rayondakı “Mega Market” ticarət mərkəzi tərəfindən müvafiq hüquq əldə etmədən stimullaşdırıcı lotereyanın keçirilməsi aşkar edilib. QKDK “Mega Market” ticarət mərkəzi tərəfindən keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edir.