Azərbaycan o ölkələrdəndir ki, artıq aclıq tamamilə aradan qaldırılıb. Fins.az-ın “AzərTAc”a istinadən yaydığı məlumata görə, bunu Prezident İlham Əliyev İtaliyada, “Milan Expo 2015” Ümumdünya sərgisində təşkil olunmuş “Milli gün” çərçivəsində Azərbaycan pavilyonunun rəsmi təqdimat mərasimində deyib. Dövlət başçısı bildirib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı – FAO-nun hesabatına görə, dünyada 29 ölkədən biri də Azərbaycandır ki, aclığın səviyyəsi iki dəfədən çox aşağı düşüb: “Bu böyük bəla Azərbaycanda aradan qaldırılıb” - deyə prezident vurğulayıb.