Azərbaycanda ünvanlı sosial yardımların təyin edilməsi üzrə elektron sistemin yaradılması başa çatıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) fins.az-a verilən məlumata görə, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) yaradılması üçün müvafiq texniki infrastruktur artıq hazırdır.
Yeni proqram yaradılıb Bu sistem vasitəsilə vətəndaşlar ünvanlı sosial yardım alınması üçün elektron formada müraciət edə biləcəklər. Artıq bu xidməti göstərəcək proqram təminatı hazırdır və ilkin testləşdirməyə başlanıb. Testləşdirmə başa çatandan sonra həmin proqram təminatı pilot rejimdə istifadəyə veriləcək.
Ailənin vəziyyəti müayinə olunacaq Proqram işə düşdükdən sonra istənilən vətəndaş ailəsinə ünvanlı dövlət sosial yardımı almaq üçün internet vasitəsilə elektron qaydada müraciət edə biləcək. Müraciət qəbul edildikdən sonra proqram təminatı həmin ailənin maddi-məişət şəraitinin müayinəsini aparacaq. Maddi-məişət şəraitinin müayinəsi xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçiriləcək. Müayinənin nəticələri real vaxt rejimində VEMTAS -a ötürüləcək.
Son qərarı VEMTAS sistemi verəcək Müayinə zamanı “Elektron Hökumət” portalı vasitəsilə müxtəlif aidiyyəti dövlət qurumlarından lazımi informasiyaar alınacaq. Bütün məlumatlar ümumiləşəndən və təhlil edildikdən sonra VEMTAS müraciət edən şəxsin ailəsinə ünvanlı sosial yardımının təyin olunub-olunmaması barədə qərar qəbul ediləcək.
Məlumatlar emailə və mobil nömrəyə göndəriləcək Ünvanlı sosial yardımının təyin olunub-olunmaması barədə məlumat vətəndaşın elektron ünvanına, yaxud mesaj formasında mobil telefon nömrəsinə göndəriləcək. Ünvanlı sosial yardımı təyin olunduğu halda sistem həmin şəxsə bank hesabının açılması üçün halda yardımın ödənilməsi məqsədilə banka sifariş göndərəcək. Bankın ünvanı və bank kartının hansı tarixdə götürülmə haqda məlumatlar da ailə başçısının elektron ünvanına və yaxud mesaj formasında mobil telefonuna göndəriləcək.