Dövlət Sosial Müdafiəsi Fondu (DSMF) “Elektron hökumət” portalına inteqrasiya etdiyi xidmətlərinin sayını artırıb. Fins.az-ın məlumatına görə, bundan sonra “dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və surətinin alınmaq üçün müraciətlərin Qəbulu” üzrə xidmət elektron qaydada göstəriləcək. Xidmət pulsuzdur. Bununla da, fondun elektron xidmətlərinin sayı 13-ə, “Elektron hökumət” portalı vasitəsilə istifadəçilərə göstərilən elektron xidmətlərin ümumi sayı isə 421 nəfərə çatıb.