01 Noyabr

Ötən ay qiymətlər 0,2% aşağı düşüb

Bu ilin aprel ayında Azərbaycanda ərzaq məhsulları 0,5% bahalaşıb, qeyri-ərzaq malları 0,5%, əhaliyə göstərilən pullu xidmətlər isə 0,9% ucuzlaşıb. Bu barədə fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,2% aşağı düşüb.