“ASAN xidmət” Cənubi Qafqaz qaz boru kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar sənədləşmə işlərini yekunlaşdırıb. Bu barədə fins.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov məlumat verib. Beləki, ötən il sentyabrın 20-dən bu ilin mayın 20-nə kimi Səyyar ASAN xidmət çərçivəsində 12 rayonda (Abşeron, Hacıqabul, Kürdəmir, Ağsu, Yevlax, Ağdaş, Ucar, Goranboy, Samux, Şəmkir, Tovuz, Ağstafa) ümumilikdə 5497-dən çox vətəndaşa 15770 xidmət göstərilib. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Milli Arxivİdarəsi, Daxili İşlər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi, həmçinin yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən həyata keçirilib. Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovative üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.