Dövlət Sosial Müdafiə Fondunda (DSMF) dövlət qulluğu vəzifələrinin müsabiqə yolu ilə tutulması prosesində uğur qazanmış 68 gənc uyğun vəzifələrə təyin olunub. Fins.az-ın məlumatına görə, bu barədə DSMF-nin sədri Elman Mehdiyev deyib. O, bu barədə işə yeni qəbul olunmuş dövlət qulluqçuları ilə görüşündə danışıb.