01 Noyabr

Çingiz Fərəcov yeni vəzifəyə təyin edildi

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin sabiq müdiri Çingiz Fərəcov yeni vəzifəyə təyin edilib. Fins.az-ın məlumatına görə, o, bundan sonra Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin nəzdindəki “Alternativ Enerji” MMC-nin Texnologiya şöbəsində mütəxəssis kimi çalışacaq. Çingiz Fərəcova bioyanacaq istehsalı ilə bağlı işlər həvalə olunub.