2015-ci ilin yanvar-aprel aylarında Türkiyədə Azərbaycan kapitallı 60 şirkət , o cümlədən 16 səhmdar cəmiyyə yaradılıb. Fins.az-ın “Turan”a istinadən yaydığı məlumata görə, bu barədə Türkiyənin Palatalar və Birjalar Birliyindən bildirilib.
Səhmdar cəmiyyətlərin kapitalında Azərbaycan investorlarının iştirakı 76,5%-dir (4 milyon 391,5 min lirə). Azərbaycan sahibkarları məhdud məsuliyyətli şirkətlərin kapitalına isə 3 milyon 392 min lirə qoyub. İnvestorlarımız əsasən ticarət, ictimai iaşə, turizm, nəqliyyat və s. sahələrə sərmayə yatırır.