01 Noyabr

Evləri yanan sakinlərə 20 min manat veriləcək

Mayın 19-da Bakının Azadlıq prospektində yanmış 16 mərtəbəli binada yaşayan 56 ailənin hər birinə 20 min manat məbləğində birdəfəlik maddi yardım göstəriləcək. Bu barədə fins.az “Turan”a istinadən xəbər verir. Bundan əlavə, həlak olan 15 sakinin hər birinin ailəsinə 15 min manat məbləğində yardım veriləcək. Müvafiq sərəncamı yanğının nəticələrinin aradan qaldırılması üzrə Dövlət Komissiyasının rəhbəri, baş nazirin müavini Abid Şərifov imzalayıb.