Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sürücülük vəsiqəsinin yerində dəyişdirilməsi üçün “ASAN” xidmət əməkdaşının çağırış xidmətini işə salıb. Bu barədə fins.az-a “ASAN” xidmətdən bildirilib. Mayın əvvəlindən etibarən Bakı ərazisində digər xidmətlərlə yanaşı, sürücülük vəsiqəsinin dəyişdirilməsi üzrə səyyar xidmətlər də həyata keçirilir. Agentliyin səyyar xidmətindən istifadə etmək üçün 9108 qısa nömrəsindən istifadə etmək olar. Məsələn, işlə əlaqədar ofisdən kənara çıxmaq imkanları məhdud olan və digər şəxslər bu xidmətdən yararlana bilər. Xidmət ödənişlidir. Sifarişli səyyar xidmət dövlət rüsumlarından əlavə 90 manata başa gəlir. Sürücülük vəsiqəsinin verilməsi və digər xidmətlərdə xidmət haqqı eynidir.